Şənbə , İyun 13 2026
azfa

Abbas Ləsani və Yusif Karinin məhkəməyə aparılması cəhdi nəticəsiz qaldı

GADTB: Azərbaycanlı mədəni fəallar Abbas Ləsani və Yusif Karinin Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində keçirilən iclasa aparılması üçün göstərilən cəhdlər nəticəsiz qalıb.

Məlumata görə, Evin həbsxanasının rəhbərliyi məhkəmə çağırışını aldıqdan sonra 7-ci korpusun karantin bölməsində saxlanılan Abbas Ləsani və Yusif Karinin məhkəməyə aparılması üçün hazırlıq görsə də, hər iki siyasi məhbus məhkəmə iclasında iştirak etməkdən imtina edib.

Bildirilir ki, onlar daha əvvəl də ədalətli məhkəmə prinsiplərinə uyğun olmadığını düşündükləri məhkəmə proseslərində iştirak etməyəcəklərini açıqlamışdılar.

Məlumata əsasən, məhkumların aparılmaqdan imtina etməsindən sonra həbsxana rəsmiləri onların saxlanıldığı yerə gələrək məhkəmədə iştirak etmələrinə razılıq vermələrini istəsələr də, Abbas Ləsani və Yusif Karı bu tələbi qəbul etməyiblər. Onlar iştirak etməkdən imtina etmələrinin səbəbini ədalətli məhkəmə araşdırması prinsiplərinə uyğun olmayan prosesə etiraz kimi izah ediblər.

Həmçinin bildirilir ki, sonradan onların məhkəməyə getməkdən imtina etmələri barədə protokol tərtib olunub, lakin hər iki fəal həmin sənədi imzalamaqdan da imtina edib.

Qeyd edək ki, 9 iyun 2026-cı ildə Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində Əli Xeyircu və Bəhzad Dəşti ilə birlikdə Abbas Ləsani və Yusif Karının işi üzrə məhkəmə iclası keçirilmişdi. Həmin iclasda da Abbas Ləsani, Yusif Karı və Əli Xeyircu iştirak etməkdən imtina etmişdilər.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …