Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib.

Bəyanatda yanvar etirazlarının zorakılıqla yatırıldığı, nəticədə minlərlə mülki şəxsin həyatını itirdiyi bu hadisələr tənqid edilib.

Avropa Birliyi daxili narazılığın yatırılması məqsədilə ölüm hökmünün tətbiqini və geniş yayılmış özbaşına həbsləri qınayıb.

Bəyanatda qeyd olunub ki, İranda edamların sayı narahatlıq doğurur və ədalətsiz şəkildə saxlanılan bütün şəxslərin qeyd-şərtsiz azad olunması tələb edilir.

Avropa Birliyi İran hakimiyyətini internet və digər kommunikasiya vasitələrinə tam və maneəsiz çıxışı dərhal bərpa etməyə çağırıb.

Həmçinin yoxlayın

Təbriz şəhərinin meri: Tehrandan vəsait gətirmək əvəzinə, Təbrizdən 4 trilyon tümən aparmaq istəyirlər!

GADTB: Təbriz şəhərinin meri Yaqub Huşyar İran İslam Respublikasının bəzi parlament üzvlərini və rəsmilərini sərt …

Skott Bessent: İran İslam Respublikası dağılmaq üzrədir, tezliklə təslim olmaq üçün yalvaracaqlar; Berlin divarı da bir gündə uçdu

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 11-də, bazar günü “Fox News” telekanalına müsahibəsində İran …