Molla rejimin Ərdəbildə həbs etdiyi üç azərbaycanlı fəal qeyri-müəyyən vəziyyətdə saxlanılır

QADTİB: Azərbaycanlı fəallar Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqi həbs edilmələrindən yeddi gündən çox keçməsinə baxmayaraq, hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılırlar.

Daxil olan məlumatlara görə, Siyamək Mirzayi və Əli Vasiqi cümə axşamı, 11 tir tarixində Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasından Ərdəbil Mərkəzi Həbsxanasının 9-cu bölməsinə köçürülüblər. Lakin Əsgər Əkbərzadə hələ də Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılır.

Fəalların ailəsinə yaxın məlumatlı mənbənin bildirdiyinə görə, Əsgər Əkbərzadə qaraciyər çatışmazlığından əziyyət çəkir və həbs olunduğu vaxtdan etibarən istifadə etməli olduğu dərmanlara çıxış imkanından məhrum edilib. Bu vəziyyət onun sağlamlığı ilə bağlı narahatlıqları daha da artırıb.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …