Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimin Qeydiyyat İdarəsi azərbaycanlı körpəyə “Elxan” adına doğum şəhadətnaməsi verməkdən imtina edib

GADTB: Təbrizdə rejimin Vətəndaşlıq Vəziyyətin Qeydiyyatı İdarəsi artıq 79 gündür azərbaycanlı körpəyə “Elxan” adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina edir və yalnız adın “İlxan” formasında qeydə alınmasına icazə verdiyini bildirir.

Körpənin anası Fatimə Şahmuradi deyib ki, övladı 26 fərvərdin 1405-ci il tarixində dünyaya gəlib. Ailə onun üçün türkcədə “elin və tayfanın başçısı, hökmdarı” mənasını daşıyan “Elxan” adını seçsə də, Qeydiyyat İdarəsinin əməkdaşları bu adı qeydə almaqdan imtina ediblər.

Onun sözlərinə görə, qurumun məsul şəxsləri bu adı “xarici ad” adlandıraraq yalnız “İlxan” şəklində qeydiyyata alınmasının mümkün olduğunu bildiriblər. Ailə isə bu təklifi qəbul etməyərək seçdikləri adın rəsmi qeydiyyata alınması üçün məhkəməyə müraciət edib və sübut kimi “Əlxan” adı ilə verilmiş bir neçə şəxsiyyət vəsiqəsinin surətini məhkəməyə təqdim edib.

Ailə həmçinin bildirib ki, doğum haqqında şəhadətnamə və milli identifikasiya nömrəsi verilmədiyi üçün övladları süni uşaq qidası, peyvənd, sığorta və bəzi tibbi xidmətlərdən istifadə zamanı problemlərlə üzləşib.

Valideynlər Uşaq Hüquqları Konvensiyasının 8-ci maddəsinə istinad edərək övladlarının ad seçimi və mədəni kimliyinin qorunmasının onların hüququ olduğunu vurğulayıblar.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …