Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Qondarma “erməni soyqırımı”nın tanınması İsrailinin Azərbaycanla münasibətlərinə zərər vura bilər

QADTİB: Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun sədri, professor Efrayim İnbar bildirib ki, İsrail tərəfindən qondarma “erməni soyqırımı”nın tanınması diplomatik nəticələr doğura və bu ölkənin Türkiyə, xüsusilə də Azərbaycanla münasibətlərinə zərər vura bilər.

O, belə bir addımı “kiçik, lakin baha başa gələcək bir səhv” kimi qiymətləndirərək iddia edib ki, bu qərar zahirdə Türkiyəyə qarşı yönəlmiş görünsə də, əslində İsrailin Azərbaycanla strateji əməkdaşlığına mənfi təsir göstərə bilər.

Analitik Bakı ilə Təl-Əviv arasında mövcud olan yaxın münasibətlərə də toxunaraq, Azərbaycanı İsrail üçün “strateji bir sərvət” kimi xarakterizə edib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …