Bazar ertəsi , Avqust 24 2026
azfa

ABŞ-ın dəstəyi ilə Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti davam edir

GADTB: Birgə Dəniz İnformasiya Mərkəzi cümə axşamı yayımladığı gündəlik məlumat bülletenində bildirib ki, Fars körfəzi bölgəsində təhlükə səviyyəsinin yüksək olmasına baxmayaraq, ABŞ-ın dəstəyi ilə ticarət gəmilərinin Hörmüz boğazından keçidi davam edir.

Məlumatda qeyd olunur ki, Fars körfəzi bölgəsində gərginliyin yenidən artması və İranla ABŞ arasında qarşıdurmanın başlanmasından sonra bu strateji bölgədə təhlükə səviyyəsi “çox yüksək” kimi qiymətləndirilir.

Bülletenə əsasən, çərşənbə günü ABŞ-ın dəniz mühasirə xəttini keçməyə cəhd göstərən İrana məxsus boş neft tankeri hədəfə alınıb.

Məlumatda həmçinin bildirilir ki, Hörmüz boğazından keçən gəmilərin sayında nəzərəçarpacaq azalma müşahidə olunsa da, dəniz nəqliyyatı həm Omanın cənub dəhlizi, həm də İran hökumətinin üstünlük verdiyi dəniz marşrutu vasitəsilə davam edir.

Həmçinin yoxlayın

Mir Məhəmmədrza Müvəhhid həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının …

Axios: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: Axios xəbər verir ki, cümə günü, 30 mordadda axşam saatlarında Hörmüz boğazından 40 gəmi …