Cümə axşamı , İyul 23 2026
azfa

İsraildə İranla yenidən müharibəyə hazırlaşmaq məqsədilə yeni əməliyyat planları nəzərdən keçirilir

GADTB: CNN televiziya kanalı çərşənbə axşamı, 30 tir tarixində, İsrail hökumətindəki üç mənbəyə istinadən bildirib ki, İsrail ABŞ ilə birlikdə İrana qarşı mümkün yeni hərbi əməliyyat planlarını nəzərdən keçirir.

Adları açıqlanmayan bu üç mənbənin sözlərinə görə, hazırda yüksək hazırlıq vəziyyətində olan İsrail ordusu zərurət yaranacağı təqdirdə yenidən müharibəyə qoşulmaq üçün əməliyyat planları hazırlayıb.

Bununla belə, hazırda İsrailin ABŞ-la birlikdə yenidən İrana hücumlara qoşulması planlaşdırılmır.

Təxminən iki həftə əvvəl başlayan yeni hücumlar mərhələsində İsrail əməliyyatlarda iştirak etməyib və Tramp administrasiyası da bu ölkədən hərbi iştirak tələb etməyib.

Qeyd edək ki, İranla əvvəlki müharibənin ilk 40 günü İsrailin Tehrana hücumları ilə başlamışdı. İsrail ordusu həmin dövrdə ABŞ ilə birlikdə gecə-gündüz İranın müxtəlif bölgələrini, xüsusilə də Tehranı bombardman etmişdi.

Həmçinin yoxlayın

Molla rejimi raket potensialını qoruyub saxlaya bilib

GADTB: ABŞ və İsrailin aylardır davam edən hava zərbələrinə baxmayaraq, molla rejimin effektiv raket qüvvəsini …

Qazaxıstanda uçan taksi sınaqdan keçiriləcək

GADTB: Qazaxıstanın paytaxtı Astanada ilk dəfə aerotaksinin nümayiş uçuşu keçiriləcək. Bu barədə “Kazınform” məlumat yayıb. …