Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Son etirazlarda saxlanılan daha 70-dən çox etirazçı ölüm cəzasına məhkum edilib

GADTB: İran İnsan Haqları Təşkilatının məlumatına görə, 1404-cü ilin dey ayında baş vermiş etirazlarla əlaqədar saxlanılan 70-dən çox etirazçı İsfahan Mərkəzi Həbsxanasında ölüm cəzasına məhkum edilib.

Məlumata əsasən, həmin şəxslərdən 26-sı hökmün icrası öncəsində təkadamlıq kameralara və karantin bölmələrinə köçürülüb.

İran İnsan Haqları Təşkilatının kimliyini təsdiqlədiyi 31 nəfər arasında ən azı üç Əfqanıstan vətəndaşı da var. Bu şəxslərdən biri ona aid edilən ittihamın baş verdiyi vaxt 18 yaşından kiçik olub.

Hesabatda həmçinin bildirilir ki, daha üç etirazçının da ittiham edilən hadisə zamanı 18 yaşından kiçik olduğu ehtimal edilir və İran İnsan Haqları Təşkilatı bu məlumatı hazırda dəqiqləşdirir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …