Molla rejimi Ərdəbildə azərbaycanlı müəllim Müctəba Əmirini sosial şəbəkədə paylaşıma hörə işdən çıxarıb

GADTB: Ərdəbil vilayətinin Təhsil İdarəsində çalışan müəllim Müctəba Əmiri “seçim şərtlərinə uyğun gəlmədiyi” əsas gətirilərək vəzifəsindən uzaqlaşdırılıb. Bildirilir ki, o, bundan əvvəl sosial şəbəkələrdəki fəaliyyətinə görə Təhsil Nazirliyinin Seçim Komissiyasının qərarı ilə müəllimlik fəaliyyətindən müvəqqəti kənarlaşdırılmışdı.

Məlumata görə, Əmiri ötən il Instagram sosial şəbəkəsində paylaşdığı yazılara görə dərs deməkdən uzaqlaşdırılmışdı. Təxminən bir il sonra Təhsil Nazirliyinin Seçim Komissiyası onun ümumi səlahiyyətlərini təsdiqləməyib.

Bu qərar nəticəsində Müctəba Əmiri ilə əmək müqaviləsinə xitam verilib və o, Təhsil Nazirliyi sistemindən işdən çıxarılıb. Onun qərardan verdiyi etiraz da sonrakı inzibati mərhələlərdə təmin edilməyib.

Məlumata əsasən, müəllimə rəsmi şəkildə təqdim olunan sənəddə işdən çıxarılmasının səbəbi “seçim şərtlərinə uyğunluğun təsdiqlənməməsi” kimi göstərilib.

Qeyd edək ki, Müctəba Əmiri Ərdəbil vilayətinin Təhsil İdarəsində müqaviləli müəllim kimi fəaliyyət göstərirdi.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təbrik mesajı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təbrik …

Molla rejimin həbs etdiyi azərbaycanlı gənc Vəhid Vidafer müvəqqəti azadlığa buraxılıb

GADTB: Təbriz şəhərində yaşayan azərbaycanlı gənc Vəhid Vidafer noyabrın 2-də, bazar ertəsi günü girov qarşılığında …