Çərşənbə , Avqust 26 2026
azfa

Axios: ABŞ və Böyük Britaniya Hörmüz boğazında dəniz koalisiyasının yaradılması üçün toplantı hazırlayır

GADTB: Axios portalının jurnalisti Barak Ravid iki avropalı diplomat və iki məlumatlı mənbəyə istinadən xəbər verib ki, ABŞ və Böyük Britaniya gələn həftə Londonda yüksək səviyyəli toplantı keçirməyi planlaşdırır. Toplantının əsas mövzusu Hörmüz boğazında kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq dəniz koalisiyasının yaradılmasının müzakirəsi olacaq.

Axios yazır ki, görüşün dəqiq vaxtı və proqramı hələ yekunlaşdırılmayıb. Lakin toplantıda Qərb ölkələrinin və bəzi regional dövlətlərin müdafiə nazirləri, eləcə də yüksək rütbəli hərbi komandirlərin iştirak edə biləcəyi bildirilir.

Məlumata görə, ABŞ-ın müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin də toplantıya qatılması ehtimal olunur. Ağ Evin rəsmilərindən biri Vaşinqton və Londonun belə bir görüşün təşkili ilə bağlı birgə hazırlıq apardığını təsdiqləyib. Böyük Britaniyanın Vaşinqtondakı səfirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Axios bildirir ki, Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün təhlükəsiz saxlanılması ABŞ-ın İranla müharibədən çıxış strategiyasının və qlobal enerji bazarlarının sabitləşdirilməsi səylərinin mühüm hissəsi hesab olunur.

Mənbələrin sözlərinə görə, Vaşinqton müttəfiqlərindən minatəmizləyən gəmilər, hərbi döyüş gəmiləri, pilotsuz uçuş aparatları və digər texniki vasitələri bölgəyə göndərməyi xahiş etməyi planlaşdırır ki, beynəlxalq dəniz yollarının təhlükəsizliyinin təmin olunmasına dəstək verilsin.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …