Çərşənbə , Oktyabr 14 2026
azfa

Təbriz İnqilab Məhkəməsi “Traxtur” tərəfdarı Tohid Xadimini 10 ildən çox həbs cəzasına məhkum edib

GADTB: Azərbaycanın “Traxtur” futbol komandasının Qoşaçaylı tərəfdarı Tohid Xadimi Təbriz İnqilab Məhkəməsinin qərarı ilə 10 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, ötən il saxlanılmış, 23 gün həbsdə qaldıqdan sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, məhkəmə Tohid Xadimini “milli təhlükəsizliyə qarşı əlbir olmaq” ittihamı ilə 3 il 6 ay, “sistem əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Mənbələrin iddiasına əsasən, məhkəmə hökmü əsasən təhlükəsizlik qurumlarının hesabatlarına söykənib və məhkəmə baxışı zamanı irəli sürülən ittihamları təsdiqləyən müstəqil sübutlar təqdim edilməyib.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Tohid Xadiminin saxlanılması zamanı sosial şəbəkələrdə fəaliyyət göstərən “Ti-Ti Market” adlı səhifə ilə əlaqəsi onun həbs səbəblərindən biri kimi göstərilmişdi. Lakin məhkəmə araşdırması zamanı onun həmin səhifə ilə hər hansı əlaqəsi sübuta yetirilməyib.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …