Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Müvəqqəti həbs müddəti başa çatsa da, üç azərbaycanlı fəalın qanunsuz saxlanılması davam edir

GADTB: Müvəqqəti həbs qətimkan tədbirinin bir aylıq müddəti başa çatmasına baxmayaraq, azərbaycanlı fəallar Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqi hələ də hüquqi statusları müəyyənləşdirilmədən həbsdə saxlanılırlar.

İş üzrə müstəntiq Həsən Kərimi bundan əvvəl bildirmişdi ki, bir aylıq həbs müddəti başa çatdıqdan sonra qətimkan tədbiri girovla əvəz olunacaq və onların müvəqqəti azadlığa buraxılması mümkün olacaq.

Lakin avqustun 7-də ailələr girovun qoyulması və müvafiq prosedurların yerinə yetirilməsi üçün Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq şöbəsinə müraciət etsələr də, müstəntiq işin hələ istintaq şöbəsinə göndərilmədiyini və araşdırmaların tamamlanmadığını əsas gətirərək həbs qətimkan tədbirinin girovla əvəz edilməsindən imtina edib.

Müstəntiq bildirib ki, Təhlükəsizlik İdarəsi və məhkəmə istintaq orqanlarının razılığı olmadan onların müvəqqəti azadlığa buraxılması mümkün deyil.

Qeyd edək ki, adıçəkilən üç siyasi fəal iyulun 7-də Xiyavda (Meşginşəhr) saxlanılaraq Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb. Daha sonra Siyamək Mirzayi və Əli Vasiqi iyulun 11-də, Əsgər Əkbərzadə isə iyulun 29-da dindirilmə prosesi başa çatdıqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüblər.

Hazırda onlar həmin həbsxananın 7 və 9-cu bölmələrində hüquqi statusları müəyyən edilmədən saxlanılırlar.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …