Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Regiondakı müharibə Azərbaycanı öz müdafiə gücünü artırmağa sövq edib

GADTB: “Forbes” jurnalında dərc olunan məqalədə bildirilir ki, İran ətrafında yaranmış hərbi gərginlik və son müharibənin ortaya çıxardığı təhlükələr Azərbaycanın hava hücumundan müdafiə (HHM) imkanlarını daha da gücləndirməsinə səbəb olub.

Məqalədə qeyd olunur ki, Azərbaycan son illərdə hava məkanının müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib. Bu istiqamətdə ölkə Pakistan istehsalı olan 40 ədəd “JF-17C Block III” çoxməqsədli qırıcısını silahlanmaya qəbul edib.

Müasir radarlar və uzaqmənzilli hava-hava raketləri ilə təchiz olunan bu təyyarələrin ölkənin hava qüvvələrinin döyüş imkanlarını artıracağı vurğulanır.

“Forbes” yazır ki, Azərbaycan bununla yanaşı, İsrail, Türkiyə və Çin istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri, radarlar və digər vasitələr hesabına çoxqatlı müdafiə şəbəkəsi formalaşdırır.

Məqalədə bildirilir ki, İran-İsrail müharibəsi pilotsuz uçuş aparatları, qanadlı və ballistik raketlərin yaratdığı təhlükəni bir daha nümayiş etdirib və Bakı bu təcrübəni nəzərə alaraq hava məkanının müdafiəsini gücləndirmək qərarına gəlib.

Jurnal Azərbaycanın İranla uzun sərhədə malik olduğunu xatırladaraq qeyd edir ki, regionda təhlükəsizlik risklərinin artması fonunda hava məkanının etibarlı qorunması ölkə üçün əsas prioritetlərdən birinə çevrilib. Müəllif hesab edir ki, yeni qırıcılar və müasir HHM sistemlərinin istismarı Azərbaycanın pilotsuz uçuş aparatları və raket təhdidlərinə qarşı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və ölkənin Cənubi Qafqazda ən güclü hava müdafiə şəbəkələrindən birinə malik olmasına töhfə verəcək.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …