Bazar ertəsi , Noyabr 16 2026
azfa

ABŞ komandanı Pentaqonu İsrailin müdafiəsi ilə bağlı xəbərdar edib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) rəhbəri general Aleksus Qrinkeviç Pentaqona yazılı xəbərdarlıq göndərərək əlavə hərbi gəmi ayrılmayacağı təqdirdə İsraili və ya ABŞ ərazisini müdafiə etmək arasında seçim etməli olacağını bildirib.

Bu barədə “The Washington Post” adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, Qrinkeviç əlavə bir Hərbi Dəniz Qüvvələri esminesinin ayrılmasını istəyib. O, əks halda mövcud qüvvələrin həm İsrailin hava hücumundan müdafiəsini, həm də ABŞ ərazisinin təhlükəsizliyini eyni vaxtda təmin etmək üçün kifayət etməyəcəyini qeyd edib.

Nəşr bildirir ki, ABŞ-ın Avropa Komandanlığı Aralıq dənizindəki əməliyyatları əlaqələndirir. Burada yerləşdirilən ABŞ hərbi gəmiləri İran və İranın dəstəklədiyi Yəməndəki husilər tərəfindən İsrail istiqamətində buraxılan raket və pilotsuz uçuş aparatlarının vurulmasında iştirak edir.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …