Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Əhməd Vəhidiyə SEPAH-ın baş komandanı təyin edilib

GADTB: Müctəba Xamenei ayrı-ayrı sərəncamlarla Silahlı Qüvvələrin Baş Qərargahında, İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) və Bəsicdə altı yüksək rütbəli komandir təyin edib. Bu dəyişikliklər son müharibədə öldürülən komandirlərin yerinə yeni şəxslərin təyin olunmasını nəzərdə tutur.

Sərəncamlara əsasən, general-mayor Əli Abdullahı Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, briqada generalı Keyumərs Heydəri isə onun müavini təyin edilib.

Əhməd Vəhidi general-mayor rütbəsi verilərək SEPAH-ın baş komandanı vəzifəsinə gətirilib. Mustafa İzdı isə onun müavini təyin olunub.

SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanlığı Əli Əzmayiyə, Bəsic Müqavimət Qüvvələrinin rəhbərliyi isə SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Təaibə həvalə edilib.

Əli Abdullahının təyinatı ilə bağlı sərəncamda bunun əvvəlki Baş Qərargah rəisi, general-leytenant Əbdürrəhim Musəvinin öldürülməsindən sonra həyata keçirildiyi bildirilib.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …