Cümə , Avqust 14 2026
azfa

Quşçuda 16 gündür su yoxdur: xidmət qurumlarının məsuliyyətsizliyi sakinləri çətin vəziyyətdə qoyub

GADTB: Qərbi Azərbaycan əyalətinin Quşçu şəhərində sakinlər 16 gündür su çatışmazlığı böhranı ilə üzləşiblər. Böhran yalnız şəhər sakinlərinin gündəlik həyatını pozmaqla kifayətlənməyib, həm də xidmət qurumlarının problemin həllində acizliyini və məsuliyyətsizliyini bir daha ortaya qoyub.

Bu 16 gün ərzində problemin həlli əvəzinə sakinlər məsuliyyətin Su İdarəsi ilə Elektrik İdarəsi arasında bir-birinin üzərinə atılmasının şahidi olublar.

Su İdarəsi suyun kəsilməsini Elektrik İdarəsinin üzərinə atır, Elektrik İdarəsi isə məsuliyyəti öz üzərindən götürərək problemi Su İdarəsi ilə əlaqələndirir.

Bu təkrarlanan və nəticəsiz yanaşmanın nəticəsi isə yalnız bir olub: Quşçu sakinləri susuz qalıb.

Sakinlərin 16 gün ərzində davamlı müraciətləri, etirazları və problemin həlli ilə bağlı tələblərindən sonra indi Elektrik İdarəsinin 15 gün müddətinə Su İdarəsinin istifadəsinə generator verəcəyi bildirilib. Bununla elektrik enerjisinin kəsilməsi səbəbindən su təchizatının dayanmasının qarşısının alınması nəzərdə tutulur.

Sual yaranır: Quşçu sakinləri ən elementar hüquqlarından biri olan suya çıxış üçün niyə belə vəziyyətə salınmalıdır?

Nə üçün iki həftədən artıq davam edən böhrandan sonra yalnız müvəqqəti və fövqəladə həll yolu barədə düşünülüb?

Bu qədər gün davam edən susuzluğun sakinlərin həyatına, sahibkarlıq fəaliyyətinə, xəstələrə, yaşlılara və uşaqlara vurduğu zərərə görə kim məsuliyyət daşıyacaq?

Qeyd edək ki, Qüşçü Qərbi Azərbaycan əyalətinin Urmiya şəhər dairəsinin Ənzəl bölməsinin mərkəzi və yeganə şəhəridir.

Həmçinin yoxlayın

Ərdəbilli yeniyetmə Daşkənddə tarix yazdı: Asiya və dünya üzrə 4 rekord qırdı

GADTB: Ərdəbilli yeniyetmə ağırlıqqaldıran Taha Daşkənddə keçirilən Asiya Yeniyetmələr və Gənclər Ağırlıqqaldırma Çempionatında möhtəşəm çıxış …

Müctəba Xameneyinin fərmanları Sepahın hakimiyyətini necə möhkəmləndirdi?

GADTB: İsveçrənin “Le Temps” qəzeti dərc etdiyi məqalədə İranın ali rəhbəri Müctəba Xameneyi tərəfindən həyata …