Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Kpler: Hörmüz boğazında gəmi hərəkəti artıb

GADTB: Gəmiçilik məlumatları üzrə Kpler şirkətinin məlumatlarına əsasən, avqustun 13-də Hörmüz boğazından 9 gəmi keçib. Bu göstərici avqustun 12-də qeydə alınan 5 gəmi ilə müqayisədə artım deməkdir.

Şirkətin məlumatına görə, keçid edən gəmilərdən 5-i Fars körfəzinə daxil olub, 4 gəmi isə Oman körfəzinə doğru hərəkət edib.

Kpler bildirib ki, gəmi hərəkətinin böyük hissəsi İranın nəzarətində olan gəmiçilik marşrutu ilə həyata keçirilib.

Şirkət həmçinin qeyd edib ki, avqustun 13-də 19 yük gəmisi mövqeyini müəyyən edən sistemləri açıq vəziyyətdə Babül-Məndəb boğazından keçib. Bu göstərici avqustun 12-də qeydə alınan 20 gəmi ilə müqayisədə vəziyyətin demək olar ki, sabit qaldığını göstərir.

Bununla yanaşı, Tehran və Vaşinqton arasında Hörmüz boğazına nəzarətlə bağlı ziddiyyətli açıqlamalar davam edir.

Yeni təyin olunmuş Bəsic qüvvələrinin komandanı Hüseyn Taeb cümə axşamı bildirib ki, Hörmüz boğazı “İranın nəzarəti və idarəçiliyi altındadır”.

ABŞ isə həmin gün İranın dəniz blokadasını müddətsiz davam etdirə biləcəyini açıqlayıb. Vaşinqton həmçinin atəşkəs danışıqlarında yaranan dalan fonunda Tehran üzərində iqtisadi təzyiqləri artıracağını bildirib.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …