Çərşənbə , Sentyabr 16 2026
azfa

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini vurğulayaraq, ABŞ-ın razılığı olmadan heç bir gəminin bu su yolundan keçmədiyini bildirib. O, İran rejiminin tam məğlubiyyətindən sonra “Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini” açıqlayıb.

Tramp İran rejiminin vəziyyətini də təhqiramiz ifadələrlə təsvir edərək bildirib ki, rejimin hərbi dəniz qüvvələri “tamamilə məhv edilib”, 159 gəmisinin hamısı dənizin dibindədir, 212 təyyarəsinin hamısı məhv edilib, rəhbərliyin müxtəlif səviyyələri sıradan çıxarılıb, radar və kəşfiyyat sistemləri məhv edilib, raket və pilotsuz uçuş aparatı istehsal imkanları isə ciddi şəkildə zəiflədilib.

Tramp çıxışında deyib: “İran rejiminin məğlubiyyətini tam başa çatdırdıqdan sonra — hansı ki, onlar çox ağır şəkildə məğlub olurlar — çox yaxın zamanda Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm. Əslində, hazırda da faktiki olaraq belədir.

Biz blokadaya nəzarət edirik. Biz istəməsək, heç bir gəmi oradan keçə bilməz.”

Tramp daha sonra Venesuela ilə bağlı vəziyyətə toxunaraq, bu ölkədəki qarşıdurmanın “bir günlük müharibə” olduğunu və hazırda Venesuela ilə çox yaxşı əməkdaşlıq etdiklərini bildirib. O, Venesueladan hər həftə milyonlarla barel neft əldə etdiklərini deyib.

ABŞ Prezidenti İranla bağlı isə bildirib ki, ABŞ “böyük güclə qalib gəlir” və heç kimin ABŞ-ın nə qədər uğur qazandığını bilmədiyini iddia edib.

Tramp İranın hərbi dəniz qüvvələri barədə:

“Onların artıq hərbi dəniz qüvvələri yoxdur. Tamamilə məhv edilib.

159 gəmi. Ümumilikdə 159 gəmiləri var idi. Hazırda həmin 159 gəminin hamısı dənizin dibindədir.”

O, həmçinin İranın 212 hərbi təyyarəsinin olduğunu və onların hamısının vurulduğunu iddia edib. Tramp bəzi təyyarələrin ABŞ-dan Barak Obama administrasiyası dövründə alındığını da söyləyib.

Tramp İranın rəhbərliyi ilə bağlı isə bildirib ki, ölkənin “artıq rəhbərliyi yoxdur” və rəhbərliyin birinci və ikinci səviyyələri, eləcə də üçüncü səviyyənin yarısı sıradan çıxarılıb.

ABŞ Prezidenti bunun danışıqlar baxımından problem yaratdığını da bildirib:

“Bu, mənim problemlərimdən biridir. Artıq danışıqlar aparacağımız heç kim yoxdur.”

Tramp həmçinin İranın radar sistemlərinin, qabaqcıl kəşfiyyat avadanlıqlarının məhv edildiyini, raket istehsal imkanlarının 82 faiz azaldığını və pilotsuz uçuş aparatı istehsalının da əvvəlki səviyyənin yalnız bir hissəsi olduğunu iddia edib.

O, İranın iqtisadi vəziyyətinə də toxunaraq ölkədə 350 faizlik inflyasiya olduğunu, milli valyutanın dəyərsizləşdiyini bildirib.

Tramp bəzi ABŞ mediasının İranın müharibədə yaxşı vəziyyətdə olduğunu yazmasını “saxta xəbərlər” adlandıraraq tənqid edib və “İran rejimi müharibədə çox yaxşı çıxış edir” məzmunlu xəbərləri rədd edib.

Həmçinin yoxlayın

İranın Türkiyə və Gürcüstandan uçuşlarına məhdudiyyət tətbiq edilir

GADTB: İranın aviasiya sənayesinə qarşı beynəlxalq məhdudiyyətlərin davam etdiyi bir vaxtda, Mahan Hava Yolları şirkətinin …

Mərənddə “Saray” türk tamaşası səhnəyə qoyuldu

GADTB: Məhəmməd Yusifzadənin müəllifi və rejissoru olduğu “Saray” türk tamaşası Mərdanda səhnəyə qoyulub. Tamaşa 1405-ci …