Cümə , Oktyabr 16 2026
azfa

İran–ABŞ atəşkəsi başa çatmaq üzrədir; danışıqlar hələ də dalana dirənib

GADTB: ABŞ və İran arasında əldə olunmuş kövrək atəşkəs müddətinin başa çatmasına az qalır. Eyni zamanda gərginlik artır. Bu vəziyyət atəşkəsin uzadılması və müharibəyə son qoyacaq razılaşmanın əldə olunması üzrə danışıqların dalana dirəndiyi bir vaxtda davam edir.

“Politico”nun məlumatına görə, Ağ Evdəki yüksək vəzifəli bir rəsmisi Vaşinqtonla Tehran arasındakı mövcud vəziyyəti “dayanmış” kimi qiymətləndirib və cümə günü günortaya qədər atəşkəsin uzadılması ilə bağlı hər hansı razılaşmadan xəbərinin olmadığını bildirib.

Vaşinqton və Tehran arasında 17 iyunda imzalanmış anlaşma memorandumuna əsasən, yekun razılaşmanın əldə olunması üçün 60 günlük danışıqlar müddəti müəyyən edilmişdi. Bu müddətə əsasən, son tarix 17 avqustdur.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib:

“Razılaşmaya nə qədər yaxın və ya uzaq olmağımızın əhəmiyyəti yoxdur. Əsas məsələ İranın danışıqlar masasına oturmaq və razılaşma əldə etmək istəyib-istəməməsidir. Hazırda bunu etmir.”

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …