
GADTB: Azərbaycanlı fəal Yusif Sələhşur elektron qolbaqdan istifadə etmək barədə müraciətinin rədd edilməsindən sonra bir il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Şərqi Azərbaycan Əyalət Apellyasiya Məhkəməsinin 26-cı şöbəsinin qərarına əsasən, onun barəsində “İslam Respublikası rejiminə qarşı təbliğat aparmaq” və “ictimai asayişi pozmaq” ittihamları ilə çıxarılmış bir il həbs cəzası olduğu kimi təsdiqlənərək qəti qüvvəyə minib.
Məhkəmə əlavə cəza olaraq Yusif Sələhşuru iki il müddətinə ölkədən çıxışına və iki il müddətinə virtual məkanda fəaliyyət göstərməsinə qadağa qoyulmasına da məhkum edib.
Daxil olan məlumatlara görə, azərbaycanlı fəalın həbsxanaya köçürülməsindən əvvəl elektron qolbaqdan istifadə etməsi və cəza müddətini həbsxanadan kənarda keçirməsi ilə bağlı müraciəti qəbul edilməyib və rədd olunub.
Yusif Sələhşurun işi 1400-cü il mordad ayının 3-də həbs edilməsinə gedib çıxır. Həmin vaxt Təbrizdə azərbaycanlı fəalların kütləvi həbsləri ilə eyni vaxtda təhlükəsizlik qüvvələri onun evinə gələrək onu həbs etmiş, şəxsi əşyalarının bir hissəsini də müsadirə etmişdilər.
Sələhşur Təbrizdə rejimin Kəşfiyyat İdarəsinin təcridxanasında və şəhərin Mərkəzi Həbsxanasında təxminən 20 gün saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti olaraq azad edilmişdi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi