Bazar ertəsi , Sentyabr 14 2026
azfa

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan sonra İran ordusu müdafiə xarakterli hərbi doktrinadan hücum xarakterli hərbi doktrinaya keçib.

O bildirib ki, əvvəllər ölkənin hərbi doktrinası müdafiə xarakterli idi, lakin tədricən, son iki müharibə zamanı müdafiə doktrinasından hücum doktrinasına keçid edilib:

“Yeni doktrinanın göstəricilərindən biri profilaktik tədbirlərin həyata keçirilməsidir. İordaniyadakı Amerika bazasına hücum zamanı biz effektiv şəkildə qabaqlayıcı yanaşma nümayiş etdirdik və ABŞ avadanlıqlarına, strukturlarına və insan resurslarına ciddi ziyan vurduq”.

Həmçinin yoxlayın

Azərbaycanın Traxtur komandası Asiya oyunlarına Əl-Əhli ilə qarşılaşma ilə başlayır

GADTB: Azərbaycanın Traxtur futbol klubu Asiya Çempionlar Liqasının yeni mövsümündə ilk oyununu Birləşmiş Ərəb Əmirliklərinin …

Əhərin Qaracalı qayaüstü Urartu kitabəsi milli irs siyahısına salınıb

GADTB: Şərqi Azərbaycan Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsinin rəhbəri Əhərin Qaracalı qayaüstü …