Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Təbriz həbsxanasında Tahir Nəqəvinin müalicədən məhrum edilməsi davam edir

GADTB: Azərbaycanlı hüquqşünas və siyasi fəal Tahir Nəqəvi 1402-ci ilin bəhmən ayından həbsdədir və hazırda 5 illik həbs cəzasını Təbrizin Evin həbsxanasında çəkir. O, hələ də tibbi müalicədən və lazımi tibbi tədbirlərdən məhrum edilir.

O, bir sıra ciddi xəstəlik və fiziki sağlamlıq problemlərindən əziyyət çəksə də, təhlükəsizlik qüvvələri və həbsxana rəhbərliyi onun xəstəxanaya göndərilməsinə və müalicə almasına mane olur.

Tahir Nəqəvi həbsinin ilk aylarında Tehrandakı Evin həbsxanasında Kəşfiyyat Nazirliyinin təcridxanasında təkadamlıq kamerada saxlanılarkən bel fəqərələrindən sınıq xəsarəti alıb. O, həmçinin prostat xəstəliyindən əziyyət çəkir. Lakin həkimlərin tövsiyələrinə baxmayaraq, onun müalicəsinin davam etdirilməsinə imkan verilmir.

O, həmçinin ötən ilin sentyabr ayında elan edilmiş əfv qərarının şamil olunduğu şəxslər sırasında yer alıb. Buna baxmayaraq, Kəşfiyyat İdarəsi indiyədək əfvin ona tətbiq edilməsinə mane olur.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …