Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Molla rejimi Əli Babayinin məzuniyyətə buraxılmasına və elektron qandaldan istifadəsinə etiraz edilib

QADTB: Məhkəmə orqanlarının məsul şəxsləri azərbaycanlı siyasi məhbus Əli Babayinin məzuniyyətə buraxılması və elektron qandaldan istifadə etməsi ilə bağlı müraciətlərini rədd ediblər. Məhbusun yaxınları onun hər iki imkandan yararlanmaq üçün qanuni tələblərə cavab verdiyini bildirirlər. Lakin bu imtinaya dair indiyədək rəsmi səbəb açıqlanmayıb.

Azərbaycanlı fəal Əli Babayi ilk dəfə 22 sentyabr 2023-cü ildə Təbrizdə İran Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib və təxminən 100 gün sonra girov qarşılığında azadlığa buraxılıb. O, 24 dekabr 2025-ci ildə isə iş yerində yenidən həbs edilərək Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Babayi 13 azərbaycanlı fəalın yer aldığı müştərək iş üzrə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən hakim Rza Əbdinin sədrliyi ilə «qanunsuz qrupa üzvlük» və «ölkənin təhlükəsizliyinə qarşı əlbirlik və toplantı» ittihamları əsasında ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzaların birləşdirilməsi qaydasının tətbiqindən sonra onun icra ediləcək həbs müddəti 3 il 7 ay təşkil edir.

Apellyasiya məhkəməsi də bu hökmü dəyişiklik etmədən təsdiqləyib. İş üzrə təqsirləndirilən şəxslər təhlükəsizlik qurumlarının onların «Demokratlar» adlandırılan qrupla əlaqədə olması barədə iddialarını rədd edərək açıq və ədalətli məhkəmənin keçirilməsini tələb etmişdilər.

Həmin azərbaycanlı fəal daha əvvəl də digər siyasi məhbuslara dəstək verdiyinə və məmurların davranışlarına etiraz etdiyinə görə 12 gün müddətinə təkadamlıq kameraya köçürülüb və telefonla əlaqə saxlamaqdan məhrum edilib.

Əli Babayinin elektron qandaldan istifadə etməklə məzuniyyətə buraxılmaması azərbaycanlı siyasi məhbuslara qarşı qaydaların seçmə və subyektiv şəkildə tətbiq edilməsi və təzyiqlərin davam etdirilməsi ilə bağlı narahatlıqları yenidən artırıb.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …