Şənbə , Oktyabr 10 2026
azfa

Molla rejimi gəmilərin Hörmüz boğazından keçidinə görə haqq alınmasını parlamentdə təsdiqlədi

GADTB: Molla rejimi gəli əldə etmək məqsədilə gəmilərin Hörmüz boğazından keçidinə görə haqq alınmasını parlamentdə təsdiqləyib. Rejimin parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Tehrana Hörmüz boğazından keçid icazəsi olan ölkələrin gəmilərindən dəniz və digər xidmətlərə görə haqq almağa imkan verən müddəanı bəyənib.

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəsmi nümayəndəsi Həsən Qəşqavi bildirib.

Onun sözlərinə görə, bu norma Hörmüz boğazı və Körfəzin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üzrə Strateji Fəaliyyət Planı layihəsinə 3-cü maddə kimi daxil edilib.

Bu plan İranın sözügedən strateji su yolunda gəmiçilik, təhlükəsizlik və xidmətlərin göstərilməsi məsələlərini tənzimləməsi üçün hüquqi baza formalaşdırmaq məqsədi daşıyır.

Həmçinin yoxlayın

Siyamək Mirzai girov müqabilində Ərdəbil həbsxanasından azadlığa buraxılıb

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzai 2026-cı il oktyabrın 10-da, şənbə günü, 10 milyard tümən girov …

Tehranın şimal-şərqində İranın nüvə silahları proqramı ilə əlaqələndirilən “Minzadehi” kompleksində yeni tikinti işləri aşkarlanıb

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 2026-cı il oktyabrın 10-da, şənbə günü, Tehranın şimal-şərqində yerləşən …