Şənbə , Avqust 29 2026
azfa

Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhidin Təbriz Mərkəzi Həbsxanasının 3-cü ümumi bölməsinə köçürüldüyü bildirilir

GADTB: Azərbaycanlı milli fəal Mir Məhəmmədrza Müvəhhid hökmünün icrası üçün müraciət etdikdən sonra Təbriz Mərkəzi Həbsxanasının 3-cü ümumi bölməsinə köçürülüb.

O, daha əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” ittihamı üzrə 3 il 7 ay müddətinə azadlıqdan məhrumetmə, “Demokratlar qrupuna üzvlük” ittihamı üzrə isə 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Qeyd edək ki, azərbaycanlı ictimai fəal və keçmiş siyasi məhbus Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …