Çərşənbə , Sentyabr 9 2026
azfa

ABŞ İran yaxınlığında 230-dan çox döyüş təyyarəsi yerləşdirib

GADTB: ABŞ aviasiya bölmələrinin rotasiyasına baxmayaraq, İran yaxınlığında Yaxın Şərqdəki bazalarda və regionda yerləşən gəmilərdə 230-dan çox qırıcı və hücum təyyarəsi saxlayır.

ABŞ-nin taktiki aviasiyası əsasən İordaniyada yerləşir.

Həmçinin İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində də Amerika hərbi təyyarələri bazalaşdırılıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Yaxın Şərqdəki bazalarında təxminən 208 qırıcı, o cümlədən 65 ədəd F-35A/C, 64 F-15E, 61 F-16C, 12 F/A-18C/D və altı EA-18G, həmçinin 30 ədəd A-10 hücum təyyarəsi var.

Bundan əlavə, İrandan cənub-şərqdə, Ərəbistan dənizində döyüş növbəsində olan iki təyyarədaşıyan gəmidə və böyük desant gəmisində F/A-18 və F-35 də daxil olmaqla 110-dan çox qırıcı yerləşdirilib./Azad İran

Həmçinin yoxlayın

ABŞ və üç Qərb dövləti İranın nüvə məsələsinin yenidən BMT Təhlükəsizlik Şurasına çıxarılması üçün qətnamə layihəsi hazırlayıb

GADTB: ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Direktorlar Şurasına təqdim …

SEPAH: “İki ABŞ gəmisinə, səkkiz neft tankerinə və 10 gəmiyə hücum etmişik”

GADTB: Terrorçu SEPAH çərşənbə günü səhər saatlarında yaydığı bəyanatda iddia edib ki, ABŞ-ın Fars körfəzində …