
GADTB: Neft tankerlərini izləyən “Tankertreckerz” saytı bildirib ki, İran xam neftinin daşınmasına görə ABŞ sanksiyalarına məruz qalan “Karina” supertankeri sentyabrın 11-də, cümə günü gecə saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttini keçib. Lakin bundan sonra tanker geri qaytarılaraq Oman dənizinə yönəldilib.
Məlumata görə, “Karina” son illərdə ən azı 22 milyon barel İran xam nefti daşıyıb. Lakin tanker ABŞ-ın blokada xəttini keçdiyi zaman onun neft yükü olmayıb.
“Tankertreckerz” həmçinin yazıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının məlumat bazasında “Karina” tankerinin Braziliya bayrağı altında qeydiyyata alınmasına dair hər hansı məlumat yoxdur. Sayt bunun əsasında tankerin bayraqsız ola biləcəyi və buna görə də onun yoxlamaya cəlb edilə biləcəyi ehtimalını irəli sürüb.
“Tankertreckerz”in məlumatına görə, “Karina” tankerinin sahibləri Çində yerləşir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi