Bazar ertəsi , Noyabr 30 2026
azfa

Səravanda 9 saat davam edən qarşıdurma başa çatıb: Bəxşan ağır atışmalardan sonra sakitliyə qərq olub

GADTB: İran İslam Respublikasının təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında Səravanın Bəxşan bölgəsində təxminən 9 saat davam edən şiddətli qarşıdurmadan sonra yerli mənbələr atəş səslərinin dayandığını və ərazidə nisbi sakitliyin bərqərar olduğunu bildiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən “Halvaş” saytı bildirib ki, atışma və partlayış səsləri səhər saat 04:00-dan günorta saat 12:00-dək fasiləsiz və ya fasilələrlə eşidilib. Lakin hazırda qarşıdurmanın səngidiyi bildirilir.

“Halvaş” daha əvvəl silahlı şəxslərin mühasirəni yardığını və hökumət qüvvələrinin itki verdiyini açıqlamışdı. Bununla belə, ölən və yaralananların dəqiq sayı, eləcə də mülki əhalinin vəziyyəti hələ müstəqil şəkildə təsdiqlənməyib.

Təhlükəsizlik qüvvələrinin bölgədəki mövcudluğu davam edir. İran İslam Respublikası rəsmiləri isə indiyədək itkilər və əməliyyatın nəticələri barədə rəsmi açıqlama verməyiblər.

https://t.me/GADTB1/58952

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …