Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Bu gün Bakının azad edilməsinin 108-ci ildönümüdür

GADTB: Bu gün Bakının Qafqaz İslam Ordusunun erməni-bolşevik birləşmələrinin işğalından azad etməsinin ildönümüdür. Azərbaycan paytaxtının azadlığından 108 il ötür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.

Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabrında tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Həmçinin yoxlayın

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …

ABŞ Ədliyyə Nazirliyi İrana məxsus sanksiyalı neftin satışından əldə edilən 61 milyon dollarlıq kriptovalyutanın müsadirəsi üçün iddia qaldırıb

GADTB: ABŞ Ədliyyə Nazirliyi sanksiyaya məruz qalmış İran xam nefti və neft məhsullarının qara bazarda …