
GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi üçün kəşfiyyat məlumatları verib.
Qeyd olunub ki, hədəflər arasında Səudiyyə Ərəbistanındakı strateji əhəmiyyətli “Prins Sultan” aviabazası da olub. İranın martın 27-də həmin bazaya endirdiyi zərbə nəticəsində ABŞ-ın AVACS radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi zədələnib, 12 amerikalı hərbçi yaralanıb.
Həmçinin vurğulanıb ki, peyklər vasitəsilə yalnız adi görüntülər deyil, həmçinin radio və radiolokasiya siqnallarının ələ keçirilməsi, istilik izlərinin xəritələndirilməsi kimi digər kəşfiyyat məlumatlarının da əldə edilməsi mümkün olub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi