
GADTB: Şair, yazıçı, tərcüməçi və İran Yazıçılar Birliyinin üzvü Məhəmməd Xəlili uzun sürən xəstəlikdən sonra Almaniyada vəfat edib. 1937-ci ildə Həmədanda anadan olan Xəlili 50 ildən artıq yaradıcılıq fəaliyyəti ərzində poeziya, hekayə, tərcümə və ədəbi araşdırma sahələrində çoxsaylı əsərlər nəşr etdirib.
Yusif Əzizi Bənitərəf Xəlilinin vəfatı ilə bağlı yazısında onu İran Yazıçılar Birliyinin Ümumdünya Ana Dili Günü ilə bağlı bəyanatının yayılmasını ilk və ən qətiyyətli şəkildə dəstəkləyən şəxslərdən biri kimi təqdim edib.
O, Xəlilini Türk xalqının folkloruna bağlı bir yazıçı kimi xarakterizə edib. Bildirib ki, Xəlili “Azərbaycan əfsanələri”, Nadir şah, Nəriman Nərimanov və İsmayıl Şıxlının “Guruldayan sellər” kimi əsərləri tərcümə edərək Azərbaycan ədəbiyyatını farsdilli oxuculara tanıdıb.
Xəlili həm Pəhləvilər hakimiyyəti, həm də İran İslam Respublikası dövründə siyasi fəaliyyətlərinə görə həbs və məhbəs həyatı ilə üzləşib. O, 134 yazıçının imzaladığı məşhur müraciətin imzaçıları arasında olub, həmçinin Yazıçılar Birliyində xəzinədarlıq və maliyyə nəzarəti vəzifələrini də icra edib.
Məhəmməd Xəlilinin əsərləri və topluları arasında “Azadlığa qədər”, “Səsimi yağışa tapşır”, “Qurğuşun yonqarları altında” və “Ulduzların kisəsi” kimi kitablar yer alır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi