GADTB: Yerli mənbələrin məlumatına görə, son həftələr ərzində İranın Bəluçistan bölgəsindəki bazalarda və yaşayış məntəqələrində Fatimiyyunla əlaqəli olduğu bildirilən yüzlərlə silahlı qüvvə yerləşdirilib. Fatimiyyun əsasən Əfqanıstanın şiə əhalisi arasından cəlb edilən və SEPAH-la əlaqəli olduğu bildirilən silahlı qruplaşmadır. Sentyabrın 29-da yayılan videoda Zəhedanın Rudmahi yüksəkliklərində hərbi geyim və avadanlıqla silahlanmış …
Ətraflı oxu »Gündəlik Arxivlər: Oktyabr 1, 2026
İraq İranın dəstəklədiyi terrorçu qrupların tərksilahı üçün yeni son tarix müəyyənləşdirib
GADTB: İraqın baş naziri ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın bu ölkədəki missiyasının başa çatmasından bir gün sonra İranın yetişdirdiyi silahlı qrupların silahlarını hökumətə təhvil verməsi üçün son tarixin 2027-ci il iyunun sonu olduğunu açıqlayıb. İraq hökuməti daha əvvəl bu prosesin cari ilin sentyabr ayının sonuna qədər başa çatdırılmasını hədəfləmişdi. Əli …
Ətraflı oxu »Tramp: Seçkilərdən sonra İrana hava hücumlarını yenidən başlada bilərik
GADTB: ABŞ prezidenti Donald Tramp oktyabrın 1-də yayımlanan Time jurnalına müsahibəsində ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra İrana hava hücumlarının yenidən başlanması ehtimalı ilə bağlı bunun “mümkün” olduğunu bildirib. ABŞ prezidenti bu məsələni nəzərdən keçirib-keçirmədiyi barədə suala cavabında deyib: “Bunu sizə deyə bilmərəm, çünki məndən haranı bombalayacağımızı soruşursunuz…” O, həmçinin İran …
Ətraflı oxu »Azərbaycanlı fəal Yusif Sələhşur elektron qandalla məzuniyyətə buraxılıb
GADTB: Güney Azərbaycanlı milli fəal Yusif Sələhşur bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürüldükdən sonra dünən elektron qandaldan istifadə etməklə məzuniyyətə buraxılıb. Sələhşur daha əvvəl “İran İslam Respublikası rejiminə qarşı təbliğat” və “ictimai asayişin pozulması” ittihamları ilə bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. …
Ətraflı oxu »Türk Dövlətləri Təşkilatın;n müdafiə sənayesi qurumları rəhbərlərinin iclası keçirilib
GADTB: “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib. İclasda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və digər üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri iştirak ediblər. Nazir Vüqar Mustafayev icası …
Ətraflı oxu »Vərzğanda əhali Həsəno meşələrinin və Ağca Qala tarixi ərazisinin dağıdılmasına etiraz edib
GADTB: Vərzğanın Həsəno bölgəsinin sakinləri qeyri-yerli polad şirkətinin kəşfiyyat fəaliyyəti zamanı mühafizə olunan meşələrin dağıdılmasına, ağacların kəsilməsinə və Ağca Qala tarixi ərazisinə zərər vurulmasına etiraz edirlər. Sakinlərin bildirdiyinə görə, bu fəaliyyətlər uran kəşfiyyatı məqsədilə həyata keçirilir. İşlərin davam etdirilməsi meşə örtüyünə və vəhşi heyvanların yaşayış mühitinə zərər vurmaqla yanaşı, kənd …
Ətraflı oxu »Abbas Lisaninin xəstəxanaya göndərilməsinə maneə yaradılır
GADTB: Yayılmış məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin 11-ci ayında hələ də ixtisaslaşmış tibbi yardımdan və həbsxanadan kənardakı xəstəxanaya göndərilmək imkanından məhrumdur. Halbuki həbsxananın tibb məntəqəsinin həkimi onun ixtisaslaşmış müayinələrdən keçirilməsinin zəruriliyini təsdiqləyib. Məlumata əsasən, Abbas Lisaninin nevroloq tərəfindən müayinə olunması və onurğasının MRT müayinəsindən keçirilməsi …
Ətraflı oxu »Həmədandan olan azərbaycanlı şair və yazıçı Məhəmməd Xəlili vəfat edib
GADTB: Şair, yazıçı, tərcüməçi və İran Yazıçılar Birliyinin üzvü Məhəmməd Xəlili uzun sürən xəstəlikdən sonra Almaniyada vəfat edib. 1937-ci ildə Həmədanda anadan olan Xəlili 50 ildən artıq yaradıcılıq fəaliyyəti ərzində poeziya, hekayə, tərcümə və ədəbi araşdırma sahələrində çoxsaylı əsərlər nəşr etdirib. Yusif Əzizi Bənitərəf Xəlilinin vəfatı ilə bağlı yazısında onu …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi