Bazar ertəsi , Oktyabr 5 2026
azfa

İranda tibb bacıları və müəllimlər əmək haqlarının dolanışığa daha çatmadığını deyirlər

GADTB: İran rialının dəyərinin kəskin düşməsi və sosial-iqtisadi böhranın dərinləşməsi fonunda İranda dövlət və özəl sektorda çalışan bir sıra işçilər, o cümlədən tibb bacıları və müəllimlər sosial şəbəkələrdə bildiriblər ki, maaşların yetərsiz olması səbəbindən işlərini tərk edirlər.

Qəzet bazar günü, oktyabrın 4-də yayımladığı xəbərdə bildirib ki, İranda iqtisadi təzyiqlər son həftələrdə daha da güclənib. İranın yerli media orqanları da pensiyalarının tam ödənilməməsinə etiraz edən dövlət təqaüdçülərinin aksiya və toplantılar keçirdikləri barədə məlumat yayıb.

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi də şənbə günü hökumətin İqtisadi Koordinasiya Qərargahının iclasında mövcud vəziyyəti “ölkənin ən çətin dövrlərindən biri” kimi qiymətləndirib. Bu açıqlamalar İranın hökumətyönlü media orqanlarında da yayımlanıb.

Həmçinin yoxlayın

Kpler: Yaxın Şərqdən neft ixracı müharibədən əvvəlki səviyyəni keçib

GADTB: Dəniz daşımalarını izləyən “Kpler” şirkətinin məlumatları göstərir ki, Yaxın Şərqdən İran nəzərə alınmadan həyata …

Çin İrana ABŞ gəmilərinə hücumlar üçün peyk təsvirlərinin verilməsini dayandırdı

GADTB: Çin İranla ABŞ esminesini hədəfə almaqda mühüm rol oynayan peyk təsvirlərinin təmin edilməsi üzrə …