
GADTB: Tibb Bacıları Evinin baş katibi Məhəmməd Şərifi-Müqəddəm İranda təxminən 70 min tibb bacısının işsiz qalaraq evdə oturduğunu və tibb bacıları arasında istefa dalğasının davam etdiyini bildirib.
Şərifi-Müqəddəm deyib ki, tibb bacılarının aylıq orta əməkhaqqı 25–28 milyon tümən təşkil edir ki, hazırkı məzənnə ilə bu, təxminən 100 dollara bərabərdir. Onun sözlərinə görə, aşağı əməkhaqqı, yaşayış xərclərinin artması və ağır iş saatları bir sıra tibb bacılarını peşələrini tərk etməyə vadar edib.
O xəbərdarlıq edib ki, tibb bacılarının istefa verməsi səhiyyə sistemi üçün ciddi nəticələrə səbəb ola bilər. Şərifi-Müqəddəm bildirib ki, tibb bacısı məzunlarının sayının artmasına baxmayaraq, tibb bacısı çatışmazlığı problemi hələ də davam edir.
Bu açıqlamalar Tehranın azad bazarında dolların məzənnəsinin təxminən 271 min tümənə çatdığı, rəsmi statistikaya əsasən illik inflyasiyanın 73,6 faiz, ərzaq məhsullarının illik inflyasiyasının isə 108,8 faiz olduğu bir vaxtda səsləndirilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi