Cümə axşamı , Oktyabr 8 2026
azfa

İranda minlərlə tibb bacısı işdən imtina edib

GADTB: Vəziyyətin dəyişməsi və hüquqların təmini üçün artıq etiraz aksiyaları da nəticə vermədiyinə görə minlərlə tibb bacısı çıxış yolunu istefada görərək işindən ayrılıb.

Bunu İran Tibb İşçiləri Evinin başçısı Məhəmməd Şərifi Müqəddəm deyib.

“Tibb bacılarının əmək haqqı 25 milyon tümən yəni təxminən 100 dollar civarındadır və bu məvacib onların belə bir ağır işlə məşğul olmaları üçün yetərli olmadığına görə 70 min tibb bacısı istefa verib”,- o bildirib.

Şərifi Müqəddəmin sözlərinə görə, hazırda işləyən tibb bacıları da əmək haqqının az olmasına görə vəzifələrini məsuliyyətlə yerinə yetirməkdə tərəddüd etdiklləri üçün xəstələr əziyyət çəkir:

“Hətta bəzi hallarda xəstələrə lazimi qulluq göstərilmədiyi üçün onların həyatlarını itirməsi ilə nəticələnir”.

Həmçinin yoxlayın

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

GADTB: Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …