Cümə axşamı , Oktyabr 8 2026
azfa

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə keçirilən qarşılaşmada Tehran İstiqlalı ilə 1:1 hesablı heç-heçə edib və İranın Premyer Liqasında liderliyini qoruyub.

İstiqlal matçın 27-ci dəqiqəsində Səid Səhərxizanın qolu ilə hesabda önə keçib. Lakin ikinci hissədə hücumlarını gücləndirən Traxtur 74-cü dəqiqədə Seyid Mehdi Hüseyninin qolu ilə hesabı bərabərləşdirib.

Traxtur sonrakı dəqiqələrdə daha bir qol da vurub. Ancaq VAR sistemində epizoda baxıldıqdan sonra topun Milad Zəkipurun əlinə dəyməsi səbəbindən qol qeydə alınmayıb.

Beləliklə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bir xal qazanan Traxtur turnir cədvəlinin lideri olaraq qalır. İstiqlal da Təbrizdən bir xalla ayrılıb.

Qarşılaşma Təbrizin Səhənd stadionunda 50 mindən çox azarkeşin iştirakı ilə keçirilib. Matçla bağlı xəbərlərdə Traxtur azarkeşlərinin böyük iştirakı və komandanın ikinci hissədə hücum təzyiqini artırması xüsusi vurğulanıb.

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …