Cümə , Oktyabr 30 2026
azfa

Vəkil Zəhra Nəqşinə girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Sina Yusifinin yaydığı məlumatlara görə, Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Zəhra Nəqşinə sentyabrın 9-dan Təbrizdə həbsdə saxlanıldıqdan sonra bu gün, oktyabrın 7-də, girov qoyulmaqla müvəqqəti olaraq həbsxanadan azad edilib.

Bu vəkil sentyabrın 9-da Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci istintaq şöbəsindən aldığı çağırışdan sonra həmin şöbəyə gedib və daha sonra orada həbs edilib.

Zəhra Nəqşinəyə göndərilən çağırış vərəqəsində ittihamın adı “cinayət xarakteri daşımayan” kimi qeyd olunmuşdu. Bildirilir ki, onun işi Təbriz Kəşfiyyat İdarəsinin hesabatı əsasında və müxtəlif məsələlərlə bağlı hüquqi və tənqidi fəaliyyətləri, eləcə də yazıları ilə əlaqədar açılıb.

Zəhra Nəqşinə vəkillik fəaliyyətindən əlavə, Vəkillər Kollegiyasının müxtəlif komissiyalarında və Qadınlara qarşı zorakılığın qarşısının alınması katibliyində də fəaliyyət göstərib.

Onun azadlığı girov qoyulmaqla və müvəqqəti xarakter daşıyır. İş üzrə araşdırma və məhkəmə prosesi isə davam edir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Türkiyənin Cümhuriyyət bayramında- Şəkil

GADTB: Sidneydə 29 Oktyabr Türkiyədə Cümhuriyyətin qurulmasının 130-cu ili münasibətilə mərasim keçirilib.   Tədbirə Türkiyə …

Mayk Uolts BMT Təhlükəsizlik Şurasında Iran nümayəndəsinə: “Yalanlarınız burada keçərli deyil; nüvə silahına sahib olmağınıza heç vaxt icazə verməyəcəyik”

GADTB: ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Mayk Uolts Təhlükəsizlik Şurasının iclasında İslam Respublikasının Beynəlxalq Atom …