Şənbə , Noyabr 7 2026
azfa

ABŞ-dan İran İslam Respublikası rejiminin nüvə proqramı ilə əlaqəli alimlər, texnologiyalar və şəbəkələr barədə məlumat verənlərə 20 milyon dollaradək mükafat

GADTB: ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətinə bağlı “Ədalət naminə mükafat” proqramı fars dilində yaydığı müraciətlə İran İslam Respublikası rejiminin nüvə proqramı barədə məlumat əldə etmək üçün 20 milyon dollaradək mükafat müəyyən edildiyini açıqlayıb.

Müraciətdə konkret olaraq nüvə proqramının icrasında iştirak edən şəxslər və alimlər, bu proqramla əlaqəli imkan və texnologiyalar, eləcə də proqramda fəaliyyət göstərən şəxslər və təşkilatlar hədəf alınır.

ABŞ Dövlət Departamenti, həmçinin bildirib ki, müvafiq məlumat təqdim edən şəxslər pul mükafatı almaqla yanaşı, başqa bir yerə köçürülmək hüququ da əldə edə bilərlər.

ABŞ Dövlət Departamentinin “Ədalət naminə mükafat” proqramının müraciətində deyilir:

“İranın nüvə proqramı barədə məlumat üçün 20 milyon dollaradək mükafat.

‘Ədalət naminə mükafat’ proqramı aşağıdakılar barədə məlumat axtarır:

Nüvə proqramının icrasında iştirak edən şəxslər və alimlər;

Nüvə proqramı ilə əlaqəli imkanlar və texnologiyalar;

Bu proqramla əlaqəli şəxslər və təşkilatlar.

İranın nüvə proqramı, onun aktivləri və ya bu proqramla əlaqəli şəxslər barədə məlumatınız varsa, Signal mesajlaşma tətbiqi və ya TOR brauzeri vasitəsilə bizimlə əlaqə saxlayın. Mükafat almaq və ya başqa yerə köçürülmək hüququ qazana bilərsiniz”.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təbrik mesajı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təbrik …

Molla rejimin həbs etdiyi azərbaycanlı gənc Vəhid Vidafer müvəqqəti azadlığa buraxılıb

GADTB: Təbriz şəhərində yaşayan azərbaycanlı gənc Vəhid Vidafer noyabrın 2-də, bazar ertəsi günü girov qarşılığında …