Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah və silahların yoxlanılmasına, eləcə də müəyyənləşdirilməsinə başlayıb. Bu addım İran İslam Respublikası ilə yaxın əlaqələri olan silahlı qrupların fəaliyyətinə daha ciddi məhdudiyyətlər gətirə bilər.

Əməliyyatın məqsədi silahlı qrupların iqtisadi fəaliyyət üçün istifadə etdikləri qeyri-rəsmi bazaları və mərkəzləri aşkar etməkdir.

Bu tədbir İraq hökumətinin İran İslam Respublikası ilə yaxın əlaqələri olan Hizbullah Briqadalarının əsas bazalarından biri sayılan Cərf əl-Səxər bölgəsində neft qaçaqmalçılığına qarşı mübarizəni gücləndirdiyi bir vaxta təsadüf edir.

İraq Milli Təhlükəsizlik Xidmətinin rəhbəri də daha əvvəl xəbərdarlıq etmişdi ki, təşkilati asılılıqlarını kəsməyə və silahlarına nəzarəti dövlətə təhvil verməyə razı olmayan qrupların Haşdi-Şabinin strukturunda yeri olmayacaq.

Bununla belə, İraq hökuməti yeni əməliyyatın təfərrüatlarını hələ rəsmi şəkildə açıqlamayıb. Bu tədbirlərin İran İslam Respublikasının İraqdakı hərbi nüfuzuna nə dərəcədə təsir göstərəcəyi də məlum deyil.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …