
GADTB: Yerli sakinlərin məlumatlarına görə, hazırda Güney Azərbaycan üçün aylıq üç benzin limiti müəyyən edilib:
50 litr – litri 1 500 tümənə;
50 litr – litri 3 000 tümənə;
50 litr – litri 10 000 tümənə.
Bu limitlər bitdikdən sonra yanacaqdoldurma məntəqəsində benzin almaq mümkün olmur. Yalnız məntəqə sahibindən xahiş etməklə, onun müəyyən etdiyi qiymətə benzin əldə etmək mümkündür.
Yerli sakinlərin bildirdiyinə görə, yanacaqdoldurma məntəqələrinə verilən məhdud benzin ehtiyatı da onların sahibləri tərəfindən istənilən qiymətə satılır. Məsələn, bəzi məntəqələrdə benzinin bir litri 40 min tümənə, digərlərində isə 150 min tümənə təklif olunur.
Bütün bunların fonunda heç bir məsul şəxs yaranmış vəziyyətə görə cavabdehlik daşımır!
Halbuki bu plan İsfahan, Şiraz, Yəzd, Tehran və Semnan vilayətlərində tətbiq edilmir, yalnız Azərbaycanda həyata keçirilir!
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi