Bazar , Sentyabr 27 2026
azfa

Türkiyə Pilotsuz Uçan Aparat sınaqdan keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Sənaye və Texnologiya Nazirliyi Pilotsuz Uçan Aparat sınaqdan keçirib.

Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank sosial media hesabından bildirib ki, rəhbərlik etidyi nazirliyin yeni proyekti uğurla testdən çıxıb.

Uğurla test edilən Bozok adlanan yerli silahlı insansız hava nəqliyyatı (SİHA) Türk silahlı qüvvətlərinin inventarına daxil olub. Ağırlığı 16 kiloqram olan Bozok, 9 kilometr mənzilə sahibdir.

Qeyd edək ki, sözügedən nəqliyyat dost və düşmən seçimini edə bilən yeni nəsil texnologiya ilə təchiz edilib.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın