Cümə axşamı , May 2 2024
azfa

Fransa da İran adlanan ölkənin neftindən imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran iyul ayında neft hasilatını 40 min barrel azaldaraq gündəlik 3,75 milyon barrelə çatdırıb. Bu barədə məlumatı Beynəlxalq Energetika Agentliyi (BEA) yayıb.

Agentlik hasilatın azalmasının əsas səbəbinin ABŞ sanksiyaları olduğunu bildirib:

“Noyabrda İranın neft hasilatına qarşı bərpa ediləcək sanksiyalar ucbatından Avropa İran neftinin alışını azaldır, Cənubi Koreya isə bu neftdən tam imtina edib. Buna rəğmən İranın neft ixracı 2017-ci ilin apreli ilə müqayisədə bir qədər çox olub (2,16 milyon barrel – red.)”.

BEA İrandan Avropa və Türkiyəyə ixracın iyunla müqayisədə iyulda 140 min barrel azalaraq, 410 min barrelə düşdüyünü bildirib. Fransaya isə tədarük tam dayanıb:

“ABŞ hökuməti Fransaya İrana qarşı sanksiyalar məsələsində heç bir güzəşt etməyəcəyini bildirdi. Əgər istisnalar olsaydı, Fransanın “Total” şirkəti İranda 4,8 milyard dollar dəyərində olan “Cənubi Pars 11” qaz layihəsində işləməyə davam edəcəkdi. İtaliya və İspaniyaya isə tədarük azalmaqda davam edir. Türkiyəyə gəlincə isə gündəlik ixracat 140 min barrel həcmində qalır”.

Məlumatda qeyd olunub ki, Avropadan fərqli olaraq İran Asiyaya ixracatı sutkalıq 50 min barrel artıraraq 1,65 milyon barrel həcminə çatdırıb. Artıma əsas səbəb Çinin neft alışını artırması olub. Üstəlik, Hindistanın aldığı İran neftinin həcmi rekord səviyyəyə çatıb:

“Çin iyulda gündəlik 775 min barrel İran nefti alıb. Bu, iyundakı göstəricidən 120 min barrel çox olub. Hindistan isə İrandan gündəlik 770 min barrel neft idxal edib. Bu göstərici isə iyun ayındakı göstəricidən 90 barrel çox olub. Yaponiyaya tədarük isə 50 min barrel azalaraq, 110 min barrel olub”.

BEA ABŞ-ın İrana qarşı sanksiyaların ilk mərhələsinin İran neftinin alışını çətinləşdirəcəyini qeyd edib:

“Bu sanksiyalar İranın maliyyə sektoruna yönəlib ki, bu da ölkə neftinin alışını çətinləşdirəcək. Əvvəlki sanksiyalar zamanı İran neftinin ixracı 1,2 milyon barrel azalmışdı, bu dəfə azalan həcmin daha çox olacağı gözlənilir”.

 

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …

Bir cavab yazın