Cümə , İyun 26 2026
azfa

Türkiyə yeni milli helikopterini sınaqdan keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə T-625 adlı ilk milli çoxməqsədli helikopter hazırlanıb.

Helikopterin prototipi Türk Havacılık ve Uzay Sanayii AŞ (TUSAŞ/TAI) tərəfindən, Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə birgə hazırlanıb.

Növbəti mərhələdə helikopterin sistemləri sınaqdan keçiriləcək və o, ilk test uçuşlarına başlayacaq.

T-625 helikopterinin füzelyajı, ötürücü və rotor sistemi, şassi və avtopilotu TUSAŞ mühəndisləri tərəfindən hazırlanıb.

Türkiyədə çoxməqsədli ikimühərrikli helikopterin üzərində iş 2013-cü ildən aparılır.

TUSAŞ helikopterinin hazırlanmasına dair müqavilə 2013-cü ildə imzalanıb.

Helikopter təcili tibbi yardım briqadası, xilasetmə və yanğın əleyhinə əməliyyatlarda uğurla tətbiq oluna bilər.

Helikopterin heyəti iki nəfərdən ibarət olacaq. O, 12 nəfərdək sərnişini daşımaq üçün nəzərdə tutulub.

 

Həmçinin yoxlayın

ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər

GADTB: ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, İsveçrədəki danışıqların əsas nəticələrindən biri gələcəkdə eskalasiyanın …

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

Bir cavab yazın