Şənbə , Sentyabr 19 2026
azfa

Urmiya gölü çağırışına görə yaxalanan Səid Minai bəraət qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Səid Minayiyə qarşı irəli sürülən yalana ittiham- “ictimaiyyəti təşvişə salmaq məqsədi ilə yalan şayiə yaymaq” ittihamından bəraət qazanıb.

İrqçi və işğalçı fars rejimin Binab şəhərindəki 2 nömrəli məhkəməsinin 103-cü şöbəsi “Milli düşüncə” Teleqram kanalının müdiri Səid Minaiyə İran adlanan ölkənin konstitusiyasının 37-ci maddəsini rəhbər tutaraq bəraət verib.

Qeyd edək ki, azərbaycanlı fəal Səid Minai Həsən Ruhaninin Təbrizə səfəri zamanı aprel ayının 23-dən 24-nə keçən gecə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı. O 2 gün saxlandıqdan sonra 150 milyon riallıq mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılmışdı.

Səid Minai Urmiya gölünün rejim tərəfindən qurutduğuna görə idarə etdiyi kanalda etiraz aksiyasına çağırış etməsi ilə bağlı yaxalanıb. Həsən Ruhaniyə etiraz olaraq nəzərdə tutulan aksiyaya çağırış digər teleqram kanallarında da geniş yayılmışdır. Çağırış “Urmu gölü ölməsin – Duz çölünə dönməsin” şüarı ilə edilmişdir.

 

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …

Bir cavab yazın