Bazar ertəsi , May 6 2024
azfa

İrqçi fars rejimin iqtisadiyyatı çökür: Satıcılar rialdan imtina edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, “İran adlanan ölkə avqust ayında gündəlik 1.920 min barel xam neft və kondensat ixrac edib. Bu iyulla müqayisədə 400 min barel azdır”. Bunu iqtisadçı ekspert Ülvi Əmrahsoy deyib.

Ekspert İran adlanan ölkənin neftinin əsas alıcıları olan Çin və Hindistanın da idxalı azaldığını deyib:

“İran keçən ay hər iki ölkəyə gündəlik 934 min barel neft satıb. İyulda Çin və Hindistana sutkalıq 1.5 milyon bareldən çox neft ixrac olunmuşdu. Avropa avqustda gündəlik 355 min barel İran nefti idxal edib”.

İqtisadçı hazırda İranda dolların kursu 137.000 rial olduğunu da vurğulayıb:

“Artıq satıcılar milli valyuta ilə alış-verişdən imtina edirlər. Konfet kağızı olmuş rial heç kimə lazım deyil. İran adlanan ölkə yavaş-yavaş Venesuelaya çevrilir”.

Həmçinin yoxlayın

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Bir cavab yazın