Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

SEPAH Hörmüzü keçmək istəyən tankeri vurub

GADTB: SEPAH-ın ABŞ məlumatı ilə Hörmüz boğazını keçməyə çalışan və İranın xəbərdarlıqlarına məhəl qoymayan tankerə hücum edib.

Bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat verib.

Məlumata görə, hücumdan sonra tanker hərəkətini dayandırıb.

Mərkəz Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanından 78 dəniz mili (144 km) məsafədə neft tankerinin naməlum mərmilərlə vurulduğunu təsdiqləyib.

UKMTO bildirib ki, bütün heyət üzvləri təhlükəsizdir və hadisə nəticəsində ətraf mühitin çirklənməsi barədə hər hansı məlumat daxil olmayıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …