Şənbə , Aprel 25 2026
azfa

Terrorçu PKK-nın qış sığınacaqları darmadağın edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin 2018-ci ilin ilk 8 ayında keçirdiyi uğurlu əməliyyatlar nəticəsində terrorçu PKK-ya məxsus 788 sığınacaq dağıdılıb, 43 ton ərzaq məhsulu ələ keçirilib. Bununla da terrorçuların qış aylarına hazırlıq prosesinə ciddi zərbə vurulub.

Türkiyə ordusu PKK ilə mübarizədə “gözlə, əməliyyata başla” üsulu yerinə “hər nöqtədə, hər şərtdə əməliyyat” üsuluna keçməklə qruplaşmaya ağır zərbə endirib. Türkiyə daxilində PKK terrorçularının toplanıb hücum planları qurduğu düşərgələrə də əməliyyatlar başladılıb. Bu əməliyyatlar nəticəsində PKK-çılar qış hazırlıqlarını həyata keçirə bilməyib və qışı keçirdikləri bir çox düşərgəni tərk etməyə məcbur qalıb.

Uğurlu əməliyyatlar Türkiyə daxilindəki PKK terrorçularının sayına da təsir göstərib. Son illərə qədər ölkənin sərhədləri daxilində 3-5 min arası terrorçu olduğu halda, 2018-ci ildə bu rəqəm 700-ə qədər azalıb. Əməliyyatlar zamanı Daxili İşlər Nazirliyinin “Terrorçuların axtarış siyahısı”nın qırmızı kateqoriyasına daxil edilən və başlarına 4 milyon lirədən artıq pul qoyulan 11 PKK lideri öldürülüb.

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli Çin neftayırma zavodunu və təxminən 40 gəmiçilik şirkətini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi cümə günü İranla bağlı yeni sanksiyalar tətbiq edib və Çin şirkəti …

Netanyahu: Trampla tam əməkdaşlıqla Yaxın Şərqin simasını dəyişirik

GADTB: İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin ABŞ ilə əməkdaşlıq çərçivəsində “Yaxın Şərqin simasını dəyişdiyini” …

Bir cavab yazın