Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Hindistan İran adlanan ölkənin neftindən imtina edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hindistanın neft emalı zavodları yaxın iki ay ərzində İran adlanan ölkədən aldıqları xam neftin həcmini iki dəfə azaldacaq ki, ABŞ-ın İran neftinin ixracı ilə bağlı sanksiyalarından azad olsun.

Bu barədə “Reuters” xəbər agentliyi məlumat verir.

Məlumatlara görə, sentyabr ayı ərzində Hindistana idxal ediləcək neftin həcmi 12 milyon barelə kimi azaldılacaq.

Xatırladaq ki, Vaşinqton noyabrda yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Hindistan Neft Nazirliyi iyunda bəyan edib ki, Hindistanın neft emalı zavodları noyabrdan başlayaraq İrandan idxal olunan nefti azaltmağa hazırlaşırlar.

Qeyd edək ki, Hindistan İran neftinin ixracına görə Çindən sonra ikinci yerdədir.

 

Həmçinin yoxlayın

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …

Bir cavab yazın