Türkiyənin dəstəyi ilə Afrində növbəti əməliyyat başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın müxalif Azad Suriya Ordusu Türkiyə qoşunlarının dəstəyi ilə Afrin rayonunda xüsusi əməliyyata başlayıb.

Əməliyyat Afrində fəallaşmış silahlı qruplaşmalara qarşı keçirilir.

Qeyd olunur ki, Afrində 300-ə yaxın silahlı mövcuddur və son zamanlar şəhərdə soyğunçuluq halları artıb.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatı keçirmişdi. Əməliyyat nəticəsində Afrin rayonu PYD və YPG silahlılarından azad edilmişdi.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın