Cümə , Yanvar 3 2025
azfa

Türk ordusu yeni hücuma hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Fəratın şərqində əməliyyata hazırlaşdığı vaxtda PYD/YPG terrorçularının Suriya rejimindən “muxtariyyət” almaq istəyi ilə Şama heyət göndərib.

Suriyada ABŞ-ın bölgədən çəkilməsi və Türkiyənin hərəkətə keçməsi məsələsi müzakirə olunacaq.

Bundan əvvəl isə Rusiya və İranın vasitəçiliyi ilə PYD və Suriya rəsmiləri arasında görüş keçirilib. Suriya rejimi PYD-nin nəzarətindəki bölgələri qeydi-şərtsiz təslim etməyi tələb edib, əvəzində Suriyanın yeni konstitusiyasında kürdlərin bir sıra mədəni haqlarının tanınacağı vədi verilib. Lakin görüşdə razılaşma əldə olunmayıb.

İngiltərədə fəaliyyət göstərən Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, dünən Suriya rejimi ilə PYD/YPD-dən formalaşan Suriya Demokratik Qüvvələri arasında Qamışlı bölgəsində görüş keçirilib. Görüşdə SDQ-nin nəzarətindəki neftlə zəngin olan bəzi bölgələrin Şama təslim edilməsi müzakirə olunub.

PYD-nin sözçüsü Cihan Əhməd “Sputnik”ə açıqlamasında bildirib ki, Münbiçi Suriya rejiminə təslim edə bilərlər.

“Parçalanma mərhələsində olan bir ölkədə olmaq istəmirik. Biz bu bölgədə muxtariyyət istəyirik və kimin bayrağı altında olduğumuz önəmli deyil”, – deyə bildirib

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın